Əlcəzair partlamenti Əbdüləziz Buteflikanın istefası məsələsinə baxacaq

Əlcəzair parlamentinin iki qanadı həftələrdir davam edən kütləvi xalq nümayişləri və etirazlardan sonra ordunun müdaxiləsi ilə vəzifəsindən gedən prezident Əbdüləziz Buteflikanın istefası məsələsinə baxacaq. Əlcəzair parlamentidən verilən yazılı açıqlamaya görə, qanunvericilik orqanı olan Milli Şura və Milli Xalq Məclisi aprelin 2-də istefa verən Buteflikanın istefa qərarı məsələsinə baxmaq üçün çərşənbə axşamı günü iclas keçirəcək.
 
Parlamentin iki qanadında üçdə iki səs çoxluğu ilə istefa qərarının qəbul edilməsi halında konstitusiyaya görə, prezident vəzifəsinin boş olduğu elan ediləcək. Bu halda, parlamentin üst qanadı olan Millət Şurasının sədri ən çox 90 gün müddətinə müvəqqəti prezident vəzifəsini öz üzərinə götürərək ölkəni prezident seçkilərinə hazırlayacaq. Bununla yanaşı, müvəqqəti prezident seçkilərdə namizədliyini irəli sürməyəcək.
 
Qeyd edək ki, səhhətindəki problemlərə baxmayaraq beşinci dövr üçün prezidentliyə namizədliyini irəli sürən Buteflikaya qarşı fevralın ortasında başlayan etirazlar aradan keçən 1,5 ayın sonunda ordunun da müdaxiləsi ilə istefa ilə nəticələndi.
 
 Buteflikanın istefasını təqdim etdiyi Konstitusiya Şurası konstitusional prosesi izləmək üçün istefa qərarını parlamentə ötürdü.
 
 Əlcəzairlilər Millət Şurasının sədri olaraq ölkəni seçkiyə aparacaq müvəqqəti prezident Əbdülqadir bin Salehin, Konstitusiya Şurasının sədri Təyyib Bilayzın və baş nazir Nurəddin əl-Bədəvinin də vəzifədən uzaqlaşmalarını tələb edirlər.