ƏMƏKDAŞLIQ MEMORANDUMU imzalanıb

SABAHİNFO.AZ Vision TV-yə istinadən xəbər verir ki, Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi (Azərbaycan) ilə 
Beynəlxalq Elm və Təhsil Mərkəzi (INSEC) (Gürcüstan) arasında Aparılan danışıqlardan sonra memorandum imzalanıb.

Qeyd edilib ki,Əməkdaşlıq çərçivəsində  qarşıdakı dövrdə təlimlər təşkil  olunacaq.

Tərəflər  əməkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçirəcəkdir.

  1. Müştərək akademik tədqiqat layihələrini həyata keçirmək və qarşılıqlı hesabatların hazırlanması;
  2. Öncədən hazırlanmış mövzular üzrə qarşılıqlı akademik iclasların, təlimlərin və seminarların təşkil edilməsi;
  3. Elmi-tədqiqat yönümlü məlumat mübadiləsinin həyata keçirilməsi.
  4. Əvvəlcədən hazırlanmış mövzular üzrə qısa və uzun müddətli birgə konfrans, seminar və təlimlərin təşkili;
  5. Layihə icrasında səmərəliyini artırmaq üçün metodlar üzrə təcrübə mübadiləsinin keçirilməsi;
  6. Birgə layihələrin hazırlanaraq donorlara təqdim olunması.