Ermənilərin qanlı düşməni - İsrafil bəy Acalov

Ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi terror hadisələri öz maştabına görə daim seçilib. Dünyada analoqu olmayan bu soyqırımlarda siyasi planlar öz sözünü deyib. Dünyaya fərqli prizmalardan çatdırılıb və bugün bizlər dünyanın gözünə kül üsürən ermənilərin yalanlarını təmizləməklə məşğuluq. Artıq bu istiqamətdə ciddi nəaliyyətlər əldə olunmaqdadır. Həyata keçirilən davamlı və məqsədli işlər nəticəsində dünyanın bir sıra ölkələri erməniləri qəddar və terrorçu kimi tanıyır.
Bugün sizə təqdim edəcəyimiz yazı isə erməni terroruna qarşı daim aktiv mövqe nümayiş etdirən, elini, obasını yağı düşməndən qorumaqda öz qanından və canından keçməyən İsrafil  bəy Acalov haqqındadır. Bu həmin İsrafil ağa Acalovdur ki, 1918-ci ildə ermənilərin Bakı və digər quberniyalarda törətdiyi amansızlıqlara qarşı öz başının dəstəsi ilə daim mübarizə aparıb və elə ermənilərin törətdiyi terror və saldırı nəticəsində öldürülüb.

Qəhrəmanlıq səlnaməsi

Borçalının Bolus-Kəpənəkçi elinə bağlı Ağalıqdan kəndindən olan İsrafil bəy Musa ağa oğlu Acalov Borçalıda "Qaragöz” adı ilə məhşurlaşan Musa ağanın 3-cü oğlu olub. 1857-ci ildə anadan olan İsrafil bəyi atası kiçik yaşlarında əvvəlcə mollaxanada, ardınca indiki Ermənistanın Kalino rayonu Privolnoye kəndində ibtidai rus məktəbində oxutmuş, sonra O, Tiflisdə knyaz uşaqlarına məxsus rusdilli gimnaziyanı bitirmişdir. Bununla kifayətlənməyən İsrafil bəy dövrünün ziyalıları ilə ayaqlaşmaq üçün təhsilini daha uca mərtəbəyə çatdırmaq niyyəti ilə Sankt-Peterburqa getmiş və buradakı ən ali Darülfuna (Universitetə) hüquq fakültəsinə qəbul olmuşdur. Yüksək səviyyəli mədəniyyəti və hüquqşünas təhsili ilə seçilən İsrafil bəy Musa ağa oğlu Acalovu təyinatla Tiflis şəhər məhkəməsinə işləməyə göndərmişlər. Bir müddət vəkil işləyən İsrafil bəyin tale üzünə gülmüş, o, burada, yəni Tiflisdə məhkəmənin rəhbəri vəzifəsinə təyin edilmişdir. Borçalıların dər-səri ilə ürəkdən məşğul olan İsrafil bəy öz zamanında yüksək intellektual səviyyəsi ilə seçilməklə yanaşı, həm də Tiflis ədəbi-ictimai mühitində tanınmış simalarla, Əbdürrəhim bəy Haqverdiyevlə, İlya Çavçavadze ilə yaxından dostluq münasibətləri saxlamışdır. Tiflisdə çalışdığı zaman o Bayram ağanın qızı Xeyran¬sa ilə ailə qurmuş, ondan oğulları Pəşid, Rəhim və qızları Nigar, Lalə və Qızxanım dünyaya gəlmişdir. Sonralar Bolnisdə bir alman qadın Berta ilə də ikinci dəfə ailə qurumuşdur. Berta xanımdan olan oğlu Vahid bəy II dünya savaşı başlayan zaman Almaniyaya köçmüşdür. Kəpənəkçidən müharibəyə gedən Məmmədov Möylə və Talıbov Xeyrulla davadan sağ-salamat qayıtmalarında eloğluları Vahid bəyin əməyini xüsusi qiymətləndirmişlər. Belə ki, onları əsirlikdən qurtararaq uzun müddət öz evində gizlədən Vahid bəy münasib vaxt tapan kimi, hər ikisini də sağ-salamat vətənə yola salmağa müvəffəq olmuşdur.

Ədalətdən yana olan BƏY

İsrafil bəyin ilk Borçalı türkü kimi Tiflis Dumasına üzv seçiləndən sonra yüksək vəzifələrdə çalışmasına baxmayaraq İsrafil bəy kəndə gələndə əsl toy-bayram olarmış. Hökumətlə davası olanın yerindəcə şikayətinə baxar, imkansızlara əl tutar, onlarla ümumxalq işində qol çırmayıb işləyər, bəyzadəliyini gözə soxmayaraq, qulluqçularla, bağbanlarla oturub çörək yeyərmiş. Hətta böyük oğlu Rəşid ağanın toyunda Ağalığa o qədər yüksək mənsəbli qonaq-qara gəməsinə rəğmən O, toy süfrəsini hamı üçün açdırmış və ayrı-seçkilik salmadan bir yerdə əyləşmələrini istəmişdir. Bu hərəktən qeyzlənən bəzi bəylər bunu özlərinə təhqir bilib İsrafil ağaya irad da bildirmişdilər. Lakin İsrafil bəy: - Çoban-çoluq dediyiniz insanlar məni İsrafil bəy etmişlər, kim istəyir əyləşsin, kim istəmir buyurub gedə bilər,- deyə sərt tonda qonaqlarına cavab vermişdir. Çar hökuməti həmçinin ona xüsusi statusa malik bəylərbəyi titulunu verməklə yanaşı, bir bölük cangüdən-qoruma dəstəsi və kareta da bağışlamışdır. Adətən belinə sivri uzun qılınc taxan İsrafil ağanın qılıncının ucunda qızıldan təkərək də olmuşdur ki, bu da bəyin piyada gəzən zaman qılıncının ona maneə törətməməsi üçün hazırlanıbmış.

Ermənilərə qarşı mübarizə

Nəvə İsrafil ağa söyləyir ki, 1918-ci ildə ermənilərin silahlanaraq azğınlaşması, türk kəndlərində qətliamlar törətməsi nənəm Qızxanımın lap dəqiqliklə yaddaşında qalmışdır. 105 il ömür sürən Qızxanım nənə Andronikin qoşununun Ağbaba tərəflərdə necə qanlar axıtdığının canlı şahidi olub. Həmin hadisənin Kəpənəkçidə törədilməməsinin əsl səbəbkarı isə İsrafil bəy olub və bu yolda da canından keçib. Kəpənəkçi ahıllarının çoxu bu hadisəni tam təfərrüatı ilə xatırlaya bilirlər. Belə ki, qonşu Xaçın kəndi sırf erməni kəndi olduğundan Andronikin qoşunlarının da əsas hissəsi Lök dərəsindən keçərək bura toplaşmış və vəziyyətin gərgin həddə gəlib çıxmasına səbəb olmuşlar. Lakin İsrafil ağanın sayəsində Kəpənəkçi cavanları əldə silah bəyin ətrafında bir dəstə kimi cəm olmuşlar. Bu silahlanma işində Türk ordusunun paşası İsrafilin dostu Ənvər və Nuru paşa qardaşlarının əməyi də az olmamışdır. İsrafil bəy qonşu erməni kəndi olan Xaçın ermənilərinin sözü keçən kişilərini evinə dəvət etmiş, onlardan xahiş etmişdir ki, neçə illik dostluğumuza zərbə vuracaq erməni silahlı birləşmələrinin qansız-qadasız çıxıb getmələrində yardımçı olsunlar. Əks təqdirdə, burada çox qanlar axıdılacağını gedin onlara bildirin.
İsrafil bəyin qüdrətinə bələd olan ermənilər hiyləyə əl ataraq Tiflisə keçib getmələri üçün yol istəmişlər. Hadisə yerində olan erməni qaniçən generalı Androniklə birgə onun sağ əli hesab edilən general Nazarbekov da (Xaçınlı ermənilərin bir çoxu ona Nazarbekyan deyə müraciət olunduğunu da bildirirlər.) bura¬da Xaçında olmuş və kəpənəkçilərin qırğınına hazırlıq işləri görmüşlər. Əvvəlcə İsrafil bəylə danışıqlara getmiş erməni terror dəstəsi, son¬radan bu əhdlərinə xilaf çıxmış və qəfildən Kəpənəkçiyə hücum etmək üçün Bolnisin yaxınlığından, indiki Maşavera çayının yanından keçən dəmiryolu körpüsünün altından geri dönmüş, İsrafil bəyin isə ehtiyat tədbirindən və onları qarabaqara izləməsindən xəbərsiz hal¬da olan ermənilərlə qanlı qırğın başlamışdır. Bu döyüşdə general Nazarbekovun başının qılıncla üzüldüyünü və 800-ə yaxın silahlı terrorçunun məhv edildiyini görən Andronik paltarını dəyişərək zorla qaçıb canını qurtarmışdır. İsrafil ağanın ehtiyatlı tədbiri sayəsində girovların və Xaçın kəndinin tərksilah edilməsinə başlanmış və Ağalığın yadigarı olan şəkildəki bu silah deposu (şəkilə bax) ağzına qədər ermənilərdən alınan silahlarla doldurulduğu dillər əzbəri olmuşdur.
Türkiyənin adlı-sanlı paşalarından Nuru və Mürsəl paşa Androniki təqib edərkən Kəpənəkçidə olduğunu deyənlərlə yanaşı, onların geri qayıdanda da bu eldən keçdiklərini söyləyənlər canlı şahid olaraq indi də yaşayırlar. Məlumat üçün bildirək ki, adı çəkilən Türk Paşalarının Borçalıya gəlişləri zamanı 1918-ci ildə Sadaxlı kəndində olduqları barədə kənd sakinlərində şahid ifadələrinə istinad edilən müfəssəl məlumat var.
Andronikin Borçalı Qarapapaq türklərinə məğlubiyyəti
Digər tərəfdən Andronikin Dərələyaz, Ağ-baba, Naxçıvan, Bakı, Göyçay və Şamaxı istiqamətlərində on minlərlə azəri türkünün qanını axtdıqlarına baxmayaraq, yeganə haldır ki, daşnakların ancaq Borçalı Qarapapaq türklərinə məğlubiyyəti haqqında yetərincə məlumat var. Bu bölgədə heç bir qətliam baş vermədiyinə görə, o vaxtkı İsrafil bəy kimi tarixi şəxiyyətlərimizin rolu həddən ziyadə böyük olmuşdur.
Nuru və Mürsəl paşa geri dönərkən İsrafil bəyə qəhrəmanlığı sayəsində paşa tituluna layiq olduğunu söyləmiş və onunla Türkiyəyə gedərsə bu ada layiq görüləcəyini desələr də, İsrafil bəy getməmiş və ermənilərdən qorxduğunu yozacaqlarından ehtiyat edərək elini-obasını yiyəsiz qoymamışdır. Lakin ermnəlir də bu məğlubiyyətin qisasını almaq üçün hər yola əl atmaq qərarına gəlmişlər.
Tiflisdə öz hüquqşünaslıq vəzifəsini icra edən İsrafil bəyə 1918-ci ilin axırlarında ermənilər sui-qəsd hazırlamış və bunun reallaşmasında onun evinə basqın edilərək öldürülməsini təşkil etmişlər. Lakin Tiflisdəki evinə basqın nəticəsində İsrafil ağa atışmada ağır yaralanmış və xəstəxanaya çatdırılmışdır. Terror törədən qrupun yenidən xəstəxanaya hücum edəcəklərindən şübhələnən dost-tanış ona xəstəxanadakı yerinin dəyişdirilməsini təklif etmişlər. Amma İsrafil bəy ömrüboyu ermənidən qorxmadığını söyləyərək, belə ucuz can qorumaqla yaşamağı şərəfinə sığışdırmamışdır. Bu qüruru ona baha başa gəlmiş və erməni terrorçuları ikinci dəfə xəstxanaya hücum edərək onu qətlə yetirmişlər. Maraqlı burasıdır ki, o zaman Türkiyədə yaşayan bacısının oğlu Məmməd dayısı İsrafil bəyin öldürüldüyünü eşitmiş və Tiflis qayıdaraq qətliam törədən terror¬çu dəstənin üzvlərini bir-bir yaxalayaraq qana-qan dayısının qisasını almışdır. 

Ədil Ədilzadə