İsmayıllı
rayon İcra Hakimiyyətindəağsaqqallar və ağbirçəklərin iştirakı ilə ümummilli
lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib. Rayon veteranlar
şurası və rayon ağsaqqallar Şurası tərkibində birləşərək dövlətə, dövlətçiliyəxidmətdə
səfərbər olan ağsaqqal və ağbirçəklərlə yanaşı xidmət təşkilatları, səhiyyə, təhsil və mədəniyyət
müəssisələrinin rəhbərləridə tədbirdə olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd
Sadıqov ulu öndərin əsrə sığmayan həyat və fəaliyyətindən, müstəqil Azərbaycanı
Beynəlxalq arenada söz sahibi etməyindən, İkinci dünya müharibəsi
veteranlarına, bütövlükdə Azərbaycan xalqına qayğısından, xilaskarlıq
missiyasından, ölkədə milli vəhdət və
birlik yaratmasından, iqtisadi yüksəlişin əsasını təmin etməsindən, siyasi
sabitlik üzərində hüquqi dövlət quruculuğundan ətraflı danışıb.
sabahinfo.az-a verilən məlumata görə Rayon veteranlar şurasının sədri Əlaləm Babayev keçmiş hərbçi kimi ümummilli lider Heydər Əliyevin ordu quruculuğundan, dövlət qulluğu veteranı Valeh Salehov ulu öndərin insanlara bəxş etdiyi firavan həyatdan danışıb. Qeyd ediblər ki, onun çoxistiqamətli siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilir.
Ulu öndər barədə söz deyən hər kəsi məclis səmimiyyətlə dinləyib.
Tədbirin sonunda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.




