Cambridge hersoginiyası Kate Middleton və Cambridge hersoqu şahzadə Williamın ikinci övladı dünyaya gəlib.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə Kensington sarayının tvitter səhifəsində informasiya yerləşdirilib:
"Kral ailəsinin qız övladı olub, onun çəkisi 3,71 kq-dır”.
Hersoginiya xəstəxanaya səhər saatlarında çatdırılıb, doğuşda şahzadə özü də iştirak edib.
Qeyd edək ki, Kate Middleton və şahzadə Williamın ikinci övladı Britaniya tacına namizəd kimi qardaşı şahzadə Corcdan sonra 4-cüdür. Şahzadə Corc keçən ilin iyulun 22-də anadan olub.