İyunun 17-də rayonun
"Kürdəmir” sarayında rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun
iştirakı ilə Kürdəmirin səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər.
sabahinfo.az-a verilən məlumata görə tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov
Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsini Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə əlaqələndirərək, hər sahədə olduğu kimi , səhiyyə
sistemində də müsbət dəyişikliklərin baş verdiyini qeyd etmişdir. Həmçinin
ölkə başçısı cənab İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və
qaygısından və bu qayğı nəticəsində son illər Respublikamızda , eləcə də
Kürdəmir rayonunun səhiyyə sistemindəki inkişafdan razılıq hissi ilə
danışmışdır.
Daha sonra çıxış edənlər son illər Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin şəxsi səy və təşəbbüskarlığı sayəsində ölkəmizdə yeni-yeni
səhiyyə və sağlamlıq ocaqlarının tikintisinə diqqətin artılırdığını və çox
yüksək nəticələr əldə edildiyini ,bu istiqamətdə müvafiq dövlət proqramlarının
uğurla həyata keçirildiyini dərin minnətdarlıq hissi ilə vurğulamışlar.Həmçinin
qeyd edilmişdir ki, Dövlət başçısının göstərişi əsasında Respublika
əhalisinin,o cümlədən rayon sakinlərinin də tibbi müayinədən keçirilməsi təmin
olunmuşdur.
Tədbirdə belə bir inam hissi ifadə
olunmuşdur ki, Kürdəmir səhiyyəsinin işçiləri də ölkə rəhbərliynin qayğı və
tələblərinə cavab olaraq öz işlərini daha yüksək səviyyədə quracaq, əhalinin
sağlamlığı üçün əllərindən gələni əsirgəmiyəcəklər.
Çıxış edənlər ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun
Prezidenti , Millət Vəkili Mehriban xanım Əliyevaya Kürdəmir səhiyyəsinə
göstərdikləri xüsusi diqqət və qayğılara görə dərin minnətdarlıqlarını bildiiblər.
Tədbirdə tibb
işçilərinin peşə bayramı münasibətilə bir qrup səhiyyə işçisinə Kürdəmir Rayon
İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim
olundu.
Tədbir rayon incəsənət ustalarının
konsert proqramı ilə başa çatmışdır.
.jpg?id=14662264770000000921%3B0%3B1&x-email=sabahinfoaz%40mail.ru&exif=1&bs=2386&bl=196662&ct=image%2Fjpeg&cn=3%2520%25284%2529.jpg&cte=binary)
.jpg?id=14662264770000000921%3B0%3B2&x-email=sabahinfoaz%40mail.ru&exif=1&bs=2596&bl=72220&ct=image%2Fjpeg&cn=15%2520%25283%2529.jpg&cte=binary)
.jpg?id=14662264770000000921%3B0%3B3&x-email=sabahinfoaz%40mail.ru&exif=1&bs=59973&bl=70344&ct=image%2Fjpeg&cn=16%2520%25282%2529.jpg&cte=binary)
