Hamı 100 faiz bilir ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı qərar
Donbassda yox, Rusiyada, Kremldə verilə bilər". Trend xəbər verir ki,
bunu III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Ukraynanın
keçmiş Prezidenti Leonid Kuçma jurnalistlərə açıqlamasında deyib.
Ukraynadakı münaqişənin həlli ehtimalına gəlincə, o, MDB məkanındakı
digər münaqişələrlə analogiya apararaq eyni aqibətin Donbassı da
gözlədiyini bildirib: "Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi,
Gürcüstanda Cənubi Osetiya, Abxaziya, Moldovada Dnestryanı məsələsi həll
olundumu? Donduruldu. Donbass məsələsini də eyni aqibət gözləyir. Çünki
böyük ehtimalla Rusiya Ukrayna ilə müharibə etməyəcək, çünki bu ona
baha başa gələcək. Amma ocağa odun atmaqda davam edəcək”. O, "siz keçmiş
dövlət başçısı olaraq, bu məsələdə kimi günahkar hesab edirsiniz”
sualına isə belə cavab verib: "Əgər mən prezident olaraq qaysaydım,
Donbassda münaqişə olmayacaqdı”.