Lerikdən Prezident və birinci vitse-prezidentə rektorla bağlı TƏKRAR MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

 

Lerik rayon sakinlərinin

MÜRACİƏTİ

(təkrar)

Cənab Prezident!

Biz, Lerik rayonunun bir qrup sakini (207 nəfər) 25 fevral 2019-cu il tarixli SS88561706405AZ №-li müraciətimizin müsbət nəticəsini görməməyimiz səbəbindən Siz cənabları təkrar narahat etmək məcburiyyətindəyik.

Bir ziyalı vətəndaşın tapdanmış hüquqlarının bərpa olunması naminə bütün təşəbbüslər məmur özbaşınalığına, süründürməçiliyinə, bir sözlə, bürokratizmə məruz qalır. Sizdən çox böyük ölçüdə vətəndaşların rifah halının yaxşılaşması yonündə davaml olaraq həyata keçirdiyiniz tədbirlər, verdiyiniz göstərişlər, imzaladığınız sərəncamlar bir çox icra məmurları tərəfindən mirmənalı qarşılanmır.

Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bizə verilən məlumatdan belə bir nəticə hasil olur ki, bu ali qurumun səyi qanunlarımızın aliliyinə xidmətə deyil, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin müdafiəsinə yönəlib. Azərbaycan Dövlət Pedaqoji Universiteti rəhbərliyinin bu cür yanaşması xaqlı dövlətdən narazı salmağa xidmət edir və bu, bizi narahat etməyə bilməz.

Siz yaxın keçmişdə bütün icra məmurlarını, Prezident Aparatının məsul işçilərini vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirməyə və onların problemləri ilə tanış olmağa, mümkün olan hər şeyi etməyə yönəltdiyiniz halda, Təhsil Nazirliyinin insan resursları şöbəsi bir rayonun ictimaiyyətini təmsil edən 207 nəfər vətəndaşın qəbulu üçün münasib bir zaman ayıra bilmir. Biz Lerik sakinləri bunu özümüzə hörmətsizlik kimi qiymətləndiririk. Biz cənab nazirin deyil, adını çəkdiyimiz şöbənin müdirinin qəbuluna düşmək üçün may ayının 6-nı gözləməliyik. Halbuki gözləmək imkanları tamamilə tükənmişdir. Beş nəfərdən ibarət bir ailənin başçısı və yeganə qazanc gətirəni 2 ildən artıqdır ki, qanunsuz olaraq işdən kənarlaşdırılmışdır. Ailənin maddi və mənəvi  durumu  çox dözülməz bir həddə çatmışdır. Təhsil Nazirliyinin bu problemin həllindəki mövqeyi obyektiv sayıla bilməz. Elə bu səbəbdən bir daha Sizə güvəndiyimizi bildirir, daha təsirli göstərişlər verməklə ədalətin bərpa olunacağına ümid edirik.

Qabaqcadan minnətdarlığımızı qəbul edin.

Əlaqə üçün ünvan:

Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 15, mənzil 1/4

Tel.:012 373 06 05; 050 317 12 05

Qoşma: 05 vərəqdə; İmzalar siyahısı əlavə olunur (207 nəfər)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri Mehriban xanım Əliyevaya

 

Lerik rayon sakinlərinin

MÜRACİƏTİ

(təkrar)

Hörmətli Mehriban xanım!

Lerik rayon ictimaiyyəti adından (207 nəfər) 27.02.2019-cu il tarixdə Sizə edilmiş müraciətimiz Şəxsiniz tərəfindən bizə diqqət kimi dəyərləndirilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinə yönəldilmiş, lakin Azərbaycan Dövlət Pedaqoji Universiteti rəhbərliyinin məntiqsiz, şablon cavabı və süründürməçiliyi bizi təkrarən Sizə müracət etmək məcbiriyyətini labüd etdi.

Hörmətli Mehriban xanım! Haqqında müraciət etdiyimiz Vidadi Hüseynov çox tərbiyəli ziyalı, rayon, hətta respublika səviyyəli bir ailənin övladıdır. Rəhmətlik atası ucqar dağ kəndlərinin birində təhsilin əsasını qoymuş və həmin kəndin maariflənməsinə nail olmuşdur. Qardaşları da Vidadi Hüseynov kimi ali təhsilli, vətənə, elinə, dövlətə və Prezidentinə sadiq, aralarının miras qoyduğu yolun davamçılarıdırlar. Vidadi Hüseynov Bakıda yaşamağına vaxmayaraq kəndin və rayonun xeyir-şərlərində daima iştirak etmiş və bununla da rayon ictimaiyyətini rəğbətini qazanmışdır.

Bilirsiniz ki, Lerik rayonu kiçik, ucqar dağ rayonudur. Burada hamı bir-birini tanıyır. Ona görə də bu müraciət sahiblərinin hər biri Vidadi müəllimi şəxsən tanıyır və saflığına, şəxsiyyətinə hörmət bəsləyirlər. Amma Lerik ictimaiyyətindən fərqli olaraq, deyəsən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi üçün vicdan, ləyaqət, saflıq sadəcə quru sözlərdir və bu kimi insani hisslərə barmaqarası baxır. Çünki Vidadi müəllimin işdən çıxarılmasında onun bu saflığından sui-istifadə edib, nəticədə Vidadi müəllim işsiz qalır və beş nəfərlik bir ailənin dramı başlanır.

Hörmətli Mehriban xanım! Siz əvvəlki müraciətimiz alicənablıq edərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinə yönəldilməsi ilə bağlı sərəncam verdiyiniz halda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş hüquqşünası Z.S.Nağıyev tərəfindən yenə də məntiqsiz, şablon cavablandırılaraq yuxarıda qeyd etdiyimiz ərizənin mövcudluğunu və guya Vidadi Hüseynovun öz kefinə yazdığı ərizə ilə işdən çıxarıldığını yazır.

Gəlin, məntiqlı yanaşaq. Vidadi müəllim hansı başqa işə keçib ki, bu məzmunda ərizə yazsın? (ərizənin surəti əlavə olunur) Beş nəfər ailə üzvü olan bir ailəni nə ilə dolandırsın ki, onsuz da maaşı az olan bir texniki işçilikdən də ərizə yazıb özü işdən çıxsın? Şükr Allaha ki, respublikamız müasir dünyada mövcud bütün informasiya resurslarına malikdir  və 07.02.2017-ci ildən bəri Vidadi Hüseynovun harada işləyib-işləmədiyini asanlıqla üzə çıxarmaq olar. Bəs belə olan təqdirdə niyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov kimi bir qolçomağın vicdanı sızlamır? Niyə Respublika Prezidenti cənab İ.Əliyevin hər bir vətəndaşın şəxsən qayğısına qalmağını və problemlərinin həlli ilə bağlı atdığı addımları görmür? (Yəqin ən azından Azərbaycan Televiziyasına baxmır, yoxda gərək nə qədər gözübağlı biri olasan bu miqyasda olan işləri görməyəsən)

Çox hörmətli Mehriban xanım! Bizə çatan məlumatlardan belə bəlli olur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfimizdən yüksək instansiyalara edilmiş müraciətlərdən təşvişlənərək etdikləri səhvi düzəltmək əvəzinə yeni planlar qurur və Vidadi müəllimi şantajla hədələyir. Bu da biz (207 nəfər) və bütün Lerik ictmaiyyətini hiddətləndirir, digər addımların atılmasına sövq edir. Getdikcə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bu tərzdə idarə etməsi xalqı dövlətə qarşı narazı salmağa hesablanıb.

Cəfər Cəfərovun da aqibətinin A.Məhərrəmov kimi olmağına şübhə etmirik. İnşallah göydə Allah, yedə isə qayğıkeş Prezidentimiz və Siz alicənab bir Xanımın köməkliyi ilə ədalət bərpa olunacaq, incilərək bədbinliyə qapılmış bir ailə bu Novruz günlərində sevinəcəkdir.

Qabaqcadan minnətdarlığımızı qəbul edin.

 

Əlaqə üçün ünvan:

Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 15, mənzil 1/4

Tel.:012 373 06 05; 050 317 12 05

 

Qoşma: 06 vərəqdə; İmzalar siyahısı əlavə olunur (207 nəfər)