Meşədə ac tülkü və ayı yol gedirlər, aclıq o qədər güc gəlir ki, halsızlıqdan hərəsi bir tərəfdə otururlar. Birdən görürlər ki, bir az kənarda nəsə yeməli bir şey var.
Ayı deyir:
-- Tülkü, get gör o nədir? Yeməlidirsə, gətir yeyək.
Tülkü gedib görür ki, bu bir tələdir, yemi də tələyə qoyublar. Qayıdıb gəlir Ayının yanına ki, "mən orucam baxa bilmərəm sən get bax."
Ayı ağına qarasına baxmadan yemi götürəndə düşür tələyə, tələdə qurulan kəndir ayını ağacın yuxarısına tərəf qaldırır. Ayı başı aşağa qalır. Tülkü də ayıya baxa-baxa gəlir yaxınlaşır, başlayır ləzzətlə yeməyə...
Ayı deyir:
-- Əəə, bəs sən oruc idin?
Tülkü heç narahat olmadan deyir:
-- Həə, oruc idim. Amma dedilər ki, göydə ayı görsən yeyə bilərsən.