İyunun 11-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.
DİN-dən Axar.az-a verilən məlumata görə, C.Əliyev xəstəxanaya yerləşdirilib.
E.Qənbərov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.sabahinfo.az