Məşhur filmlərin operatoru öldü

Məşhur operator Endryu Lesni 59 yaşında dünyasını dəyişib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Üzüklərin hökmdarı” və "Hobbit” kimi ekran işlərini lentə alan operator ürəktutmasından ölüb. Endryu Lesni 1956-cı ildə Sidneydə anadan olub. Operator kimi ona ilk şöhrəti "Beyb: dördayaqlı körpə” filmi gətirib. O, "Kinq-Konq”, "Mən- Əfsanə”, "Meymunlar planetinin üsyanı” kimi ekran işlərini çəkib. "Üzüklərin hökmdarı: Üzüklər qardaşlığı” filminə görə 2002-ci ildə "Oskar” mükafatı alıb.