Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin yeni qaydaları hazırlanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qaydalar artıq Nazirlər Kabinetinə təqdim olunub və ictimai müzakirələrə çıxarılmaq məqsədilə layihə nazirliyin rəsmi veb-saytında da (www.agro.gov.az ) yerləşdirilib.