Aktyor-rejissor Özcan Dəniz içki markalarından birinin reklamına
çəkilmək üçün birillik müqavilə imzalayıb. Türkiyə
mətbuatının məlumatına görə, sənətçi bunun qarşılığında 2
milyon lirə (təxminən 783 min manat) alıb. Serial sektorunun ən çox
qazanan aktyoru kimi tanınan Özcan reklam dünyasında da yüksək qonorar
alan məşhurlar siyahısına daxil olub. O, çəkildiyi reklamda müğənni Sıla
ilə birlikdə kamera qarşısına keçib.