Ağdaş rayon sakinləri Elnur Məmmədov, Nadim Süleymanov və Elnur Nəsirov Sincan kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıb. Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan müvafiq sənədləri olmayan 4 ədəd "TOZ-16" markalı silah götürülüb.