Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev SOCAR-ın
Türkiyədə fəaliyyət göstərən "Total” yanacaqdoldurma məntəqələrini
alması məsələsinə münasibət bildirib. "APA-Ecoonomics”in məlumatına
görə, R. Abdullayev deyib ki, bu barədə məlumatı mətbuatdan oxuyub: "Bu
məsələyə baxılacaq. Amma bu məsələyə hələ marağımız yoxdur. Bizim üçün
birinci növbədə Türkiyədə inşası həyata keçirilən zavod maraqlıdır.
Orada da biz yanacağın topdan satışını həyata keçirəcəyik.” R.
Abdullayev deyib ki, onlar Türkiyənin pərakəndə satış bazarını
öyrənirlər: "Əsası marjanın öyrənilməsidir. "Total” yaxşı satış etsəydi
bu bazardan çıxmazdı”