Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VII forumu keçirləcək.
sabahinfo.Az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib.
Onun sözlərinə görə, AMOR-un VII Forumu dekabrın 6-da Crocus Sərgi Mərkəzində baş tutacaq:
"AMOR-un sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın növbəti forumunun keçirilməsi qərara alınıb. Foruma 500-də çox nümayəndə, fəxri qonaqlar, Rusiya və Azərbaycanın rəsmi şəxsləri qatılacaq. Bundan başqa forumda AMOR-un Rusiyanın 62 regional bölməsindən olan fəalları, Azərbaycan diasporunun və Rusiyadakı gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər”.
E.Hacıyev Forumun Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacağını söyləyib:
"Forum çərçivəsində plenar iclaslar keçiriləcək. Bunlar "Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, "2017-ci il Rusiyada ekologiya ili - Azərbaycan gəncliyinin töhfəsi”, "AMOR-un diasporun möhkəmlənməsində rolu” və "Gənclər biznesdə: startapların yaranması və inkişafı” plenar iclaslardır”.
AMOR nümayəndəsi Forumun sonunda Rusiya və Azərbaycan estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramının təşkil olunacağını da qeyd edib.