İyunun 14-də Respublikanın
bütün ümumtəhsil müəssisələrində olduğu kimi Kürdəmir rayonunun orta ümumtəhsil
müəssisələrində də "Son Zəng” tədbirləri keçirilib.
sabahinfo.az-a verilən məlumata görə Kürdəmir Rayon İcra
Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov M.Ə.Rəsulzadə adına şəhər 2 saylı tam
orta məktəb-liseyində keçirilən "Son Zəng” tədbirində iştirak edib.
Son zəng mərasimini giriş
sözü ilə açan məktəbin direktoru Elnur Məmmədli məktəb kollektivinin təhsildə
qazandığı uğurlardan söz açdı, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, genişmiqyaslı islahatçı
fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində əldə edilmiş naliyyətlərin
Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyin parlaq
təcəssümü olduğunu, ölkə rəhbəri tərəfindən aparılan nəhəng quruculuq işlərində
tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni
məktəb binalarının tikilərək istifadəyə verilməsinə, onların ən müasir avadanlıq
və komyuterlərlə təchizinə xüsüsi diqqət verildiyini vurğuladı.
Tədbirdə Kürdəmir Rayon
İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək , müstəqil həyatın
astanasında duran məzunları bu əlamətdar bayram günü münasibətilə təbrik etdi,
ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzuladı, ölkə rəhbəri
cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva
tərəfindən Respublikamızda təhsil
sahəsində aparılan işlər və bu qəbildən Kürdəmir rayonunda həyata
keçirilən layihələr barədə ətraflı məlumat verdi, məktəbin pedaqoji
kollektivinə gələcək işlərində uğurlar arzuladı.
Daha sonra məktəbin
müəllimləri,valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik etdilər və
onlara müstəqil həyatda uğurlar arzuladılar.
Tədbirdə məktəbin 1-ci və
11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət
konsert proqramları təqdim olundu.
Məktəb həyatına əlvida deyən məzunlar son
zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara verdilər, bu ilki
birincilərə hədiyyələr təqdim etdilər.