Şuranın dəstəyilə Qubada ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması yekunlaşdı

Ailələrə Sosial Dəstək İctimai Birliyi "Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması” layihəsinin icrasını yekunlaşdırıb.

Sabahinfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə yekun tədbiri keçirilib.

Tədbirdə İctimai Birliyin sədri Esmira Rəhimova layihənin məqsədi və donoru, layihə çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib.

E. Rəhimova yeniyetmələrə əhalinin ailə ənənələrinin qorunub saxlanmasına xidmət edən Ailə Məcəlləsindəki qanunlarını bilmələrinin vacibliyindən danışıb.

Yeniyetmələrə Ali Məcəlləsindəki qanunlar və maddələr haqqında məlumat verən ekspert boşanmaların sayının azalması və yeni ailələrin daha möhkəm təməl üzərində qurulması üçün Ailə Məcəlləsindəki qanunların əhali arasında təbliğinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakçılara layihə çərçivəsində hazırlanmış papaq və köynəklər, dəftərxana ləvazimatı hədiyyə edilib.