Şuranın dəstəyilə Qubada yeniyetmələr arasında ailə-məişət mövzusunda maarifləndirmə işləri aparılır

Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması” layihəsinin icrasını davam etdirir.

Sabahinfo.az-ın məlumatına görə, layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilən tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib.

İctimai Birliyin sədri Esmira Rəhimova yeniyetmələrə əhalinin ailə ənənələrinin qorunub saxlanmasına xidmət edən Ailə Məcəlləsindəki qanunlar barədə məlumat verib.

Layihənin eksperti yeniyetmələrə Ali Məcəlləsindəki qanunlar və maddələr haqqında məlumat verərək Ailə Məcəlləsindəki qanunların əhali arasında təbliğinin əhəmiyyətindən danışıb.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış papaq və köynəklər, dəftərxana ləvazimatı hədiyyə edilib.