Azərbaycan
xalqının Umummilli lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında anım
mərasimi keçirildi. Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə
gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
sabahinfo.az-a verilən məlumata görə sonra
tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü
önünə gül dəstələri qoyub, sonra onun həyat və fəaliyyətini əks etdirən
eksponatlarla, fotosentlərlə tanış olub, "Dəyirmi masa” arxasına keçdilər. Əvvəlcə
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
Tərtər
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Umummilli liderin həyat və
fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu
öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər
ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
Rayon
rəhbəri qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər
Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 34 illik bir dövrü əhatə
edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə
edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik
siyasəti ilə bağlıdır. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi"
kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin,
onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi
nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq
imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən
başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
Ulu
öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyanın və
regionun inkişaf etmiş dövlətinə çevrilib. Artıq Azərbaycan regionun iqtisadi
və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir
qlobal layihə həyata keçirilmir. Bu gün Respublika prezidenti cənab İlham
Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır.
Tədbirin sonunda Umummilli liderin həyat və fəaliyyətindən bəhs
edən film nümayiş etdirildi.
Sonra Ulu öndərin anım günü münasibəti ilə ehsan verildi.