Ümummilli liderimiz Heydər
Əliyevin Haqq dünyasına qovuşduğu günü İsmayıllı əhalisi xalqımız üçün əbədi
milli sərvəti olan ruhunu dəyərli mövzulu və məzmunlu tədbirlərlə qeyd ediblər.
Ulu öndəri öndəri ehtiramla, el məhəbbəti ilə anıblar.
sabahinfo.az-a verilən məlumata görə əvvəlcə minlərlə sakin Ulu öndərin
abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində
ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Mərkəzi meydandakı monitorda
gün ərzində filimlər nümayiş etdirilib.
Bir neçə yerdə ehsan süfrələri
açılıb.
İsmayıllı gənclərinin bir
qrupu Ulu öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana yola düşüb.

