Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun haqsızlığına məruz qalan Vidadi Hüseynov SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Vidadi müəllim, son vaxtlar adınız dövri mətbuat
və saytlarda silsilə yazılarla gündəmə gəlib. Azərbaycan Dövlət Pedaqoji
Universitetindən siz 07.02.2017-ci il tarixdə işdən azad edilmisiniz. Niyə
indiyə qədər gözləmə mövqeyində olmusunuz?
- Rektor Cəfər Cəfərovun cavabı maraqlıdır, necə
oldu?
-Bəli, Lerik ictimaiyyətinin nümayəndəsi kimi qardaşım Vüqar müəllim rektor C.Cəfərovun qəbulunda olarkən o, qardaşımla çox sərt danışmış və Lerikin çox geridə qalmış bir rayon olduğunu və orada təhsilin olmadığını, məktəblərin fəaliyyət göstərmədiyini demişdir. "Vidadi getsin öz rayonuna, orada işləsin" - deyə "yol" göstərmişdi. Respublikamızın, hətta ucqar rayonların belə sürətlə inkişaf etdiyi bir dövrdə, möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətə bu baxışıyla xor baxmaq, Lerik camaatını hökumətdən, dövlətdən incik salmaq C.Cəfərovun nə işinə yarayır ki?! Yəni doğrudanmı təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetində onlarla lerikli tələbənin oxuduğundan rektor C.Cəfərov xəbərsizdir? Bu, lerikli tələbələrin hissiyatına toxunmaq deyilmi?!
-Sizin həm mətbuatda, həm də ərizə formasında olan müraciətlərinizə hansı cavablar olmuşdur?
-Məhz
problemin yarısı buradadır. Göndərdiyim ərizə və müraciətlər oxunmur, əksinə
şikayətçi olduğum insanların invanına yönəldilir, onlar da şübhəsiz, özlərinin
müdafiəsinə ölçülmüş cavabı Nazirliyə və digər qurumlara göndəriblər. Həmən qurumlar da heç bir araşdırma aparmadan
Universitetin mövqeyini təkrar mənə ünvanlayırlar və bununla da işlərini bitmiş
sayırlar. Təkcə Respublika Əmək Müfəttişliyinin (19130051530 №-li,
10.04.2019-cu il tarixli) cavabında göstərilir ki, işə götürən tərəf (ADPU) mənə
qarşı Əmək Məcəlləsinin 69.5 maddəsinin tələbləri pozulmuş, əmək müqaviləsinə
verilən xitam qanunsuzdur.
-Belə nəticəyə gəlmək olar ki, Siz ixtisara yox, sadəcə digər işə keçirilməyinizlə bağlı işdən azad olunmusunuz.
-Bəli,
ixitisara təqribən 300 nəfərə yaxın əməkdaşı saldılar. Maraqlıdır, əvəzində
yenilərini işə götürdülər. Araşdırmaq imkanınız olsa, Cəfər müəllimdən əvvəl
olan əməkdaşlarla indiki əməkdaşların sayını, öz ərizəsi ilə çıxanların
monitorinqini keçirin, nəticənin şahidi olarsınız. Mən Cəfər müəllim gələn dövrə
kimi Universitetin böyük dispetçeri vəzifəsində olmuşam. Sonradan bu vəzifənin
nəzdində adını dəyişdirilərək "Təhsilin keyfiyyətinə nəzarət və
monitorinq" bölməsi yaradıldı və ilk gündən məni həmən bölməyə müdir keçməyimə
söz verilmişdi. Aldanmağıma səbəb də burdan yaranıb.
Nəhayət
15.04.2019-cu il tarixdə Nazirliyin İnzan Resursları şöbəsinin müdiri Eşqi
Bağırovla mənim və bir neçə rayon sakinlərinin görüşü baş tutdu. Eşqi
Bağırov bizi çox soyuq qarşıladı. Əsasən
Lerikdən gələn nümayəndələr hansı ki, Təhsil Nazirliyi təkidlə onları dəvət etmədi.
Eşqi müəllim onları düz ünvana gəlmədiyini bildiridi. Yoldaşlar dedi, bir sənin
yox, cənab Prezidentə olan müraciətin nəticəsinə görə gəlmişik və Təhsil
Nazirliyi bizi dəvət edib. Eşqi müəllim də çox cavan olsa da, özünün qeyri-səmimi
və böyük postun sahibi kimi göstərməyə çalışırdı. Mənimlə olan yoldaşlar ona
dedi ki, siz belə deyirsiniz, onda
Prezident Administrasiyası hələ bilmir yəqin təhsilə bağlı problemi sizə
ünvanlayıb? Təhsil Nazirliyinə yox, onda gərək Kənd Təsərrüfatı Nazirliyinə, ya
digər aidiyyəti olmayan bir yerə yönəldilərdi? Eşqi müəllim birmənalı bildirdi
ki, biz Təhsil Nazirliyi olaraq Pedaqoji Universitetin rektoruna söz deyə bilmərik.
Bizdə hələ də şübhə öz cavabını tapmayıb. Təhsil Nazirliyi Eşqi müəllimin təbirincə
Universitetdən daha aşağı mövqedədirmiş?
Naşı
məmurlar həqiqətən insanlarda dövlətə, hökumətə qarşı ruh düşkünlüyü
yaradırlar. Bu məmurlar cənab Prezidentin bu qədər işlərinin üstünə əməlləri və
danışıqları ilə xətt çəkirlər. Sakinlər hər hansı vasitə ilə olursa olsun, cənab
Prezidentin özünün bu məsələdən xəbəri olması üçün digər tədbirlər haqqında
düşünməyə məcburdurar.
Bütün
bunlara baxmayaraq, mən və Lerik ictimaiyyəti öz Prezidentinə tam inanır və
ümid edirik ki, qısa zaman kəsiyində bu işin müsbət həlli olacaqdır.