“DiplomaSkills” layihəsində gənclərin diplomatik bacarıqlarının inkişafına diqqət yetirilib

 

8 noyabrda “DiplomaSkills: Gənc diplomatların bilik və bacarıqlarının artırılması proqramı” layihəsi çərçivəsində I qrup üçün növbəti görüş keçirilib

 

Bakı şəhərində yerləşən Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən görüşdə 25 nəfər iştirak edib. Təlim gənclərin diplomatiya sahəsində nəzəri biliklərinin möhkəmləndirilməsi və bu biliklərin praktiki situasiyalarda tətbiqi bacarıqlarının formalaşdırılmasına yönəlib

 

Təlim zamanı diplomatik fəaliyyətin əsas xüsusiyyətləri, effektiv ünsiyyət, liderlik və beynəlxalq münasibətlər sahəsində gənclərin qarşılaşa biləcəyi situasiyalar müzakirə olunub. İştirakçılar praktiki tapşırıqlar və simulyasiya oyunları vasitəsilə müxtəlif situasiyaları təhlil ediblə

 

İnteraktiv təlim metodlarının tətbiqi iştirakçıların prosesdə fəal iştirakına şərait yaradıb. Simulyasiya və praktiki tapşırıqlar vasitəsilə gənclər real diplomatik vəziyyətləri təhlil etmək və mümkün həll yolları təklif etmək imkanı əldə ediblə

 

Layihə çərçivəsində həyata keçirilən bu fəaliyyət gənclərin diplomatik bacarıqlarının inkişaf etdirilməsi, onların analitik düşüncə və liderlik potensialının gücləndirilməsi, həmçinin gələcək peşəkar fəaliyyətləri üçün zəruri bilik və təcrübənin formalaşdırılmasına xidmət ed