Əllərdəki yaşlılıq ləkələri üçün təbii həll

Əllərin qocalmasına mane olmaq üçün hər gün günəş qoruyucusu çəkmək olduqca təsirlidir. Lakin əllərdə yaranmış ləkələri həm də maskalar sayəsində qısa müddətdə aradan aparmaq olar. Bu qarışıq əllərin dərisinin rənginin də açılmasını təmin edəcək.

 

Materiallar:

 

1/4 stəkan qaynadılmış düyü

1/2 qaşıq aqava nektarı

1/2 qaşıq limon suyu

 

Blenderin köməyi ilə bütün ərzaqları qarışdırın. Alınan məhlulu dairəvi hərəkətlərlə əllərin üzərinə yüngülcə basaraq sürtün. 1-2 dəqiqə saxlayın və ilıq su ilə yaxalayın. Yaxşı nəticə əldə etmək istəyirsinizsə, mütəmadi olaraq tətbiq etməyi unutmayın.