Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
SABAHİNFO.AZ saytına müsahibə verib. Millət vəkili müsahibəsində Prezident İlham
Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə, şanlı ordumuzun zəfərinə
münasibət bildirib.
-Qüdrət bəy Azərbaycan Ordusu işğalçı ölkənin başladığı əməliyyatlara uğurla cavab verir və ərazilərimizi düşməndən təmizləyir. Artıq Cəbrayıl rayonu, Füzuli rayonun bir sıra kəndləri eləcə də əhəmiyyətli yüksəkliklər ordumuzun nəzarəti altındadır. Ordumuzun zəfəri barəsində nə deyə bilərsiniz?
-Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu yöndə ətraflı məlumat verdi. Ordumuzun uğurlarından danışan Prezident eyni zamanda Azərbaycanın şərtlərini dilə gətirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident, Ali Baş Komandan kimi son dərəcədə qətiyyətlidir. Artıq ortaya qoyulan qətiyyət göz önündədir. Biz gözləyirik ki, ermənilər və onların havadarları bütün bunlardan nəticə çıxarsınlar. Aradan keçən müddət ərzində isə Paşinyan bunlardan dərs götürməyib. Bütün dünya liderlərinə kömək üçün müraciət edir. Fransadan başqa heç kim Paşinyana əhəmiyyət vermir. Hamı bilir ki, biz haqlıyıq. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da məsələyə münasibəti göz önündədir. Ərdoğan da bu məsələnin həllini Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində, yəni Dağlıq Qarabağın təmamilə düşmən tapdağından azad olmasında görür və qətiyyətini ortaya qoyub. Əməliyyatların şiddətli hal aldığı bir vaxtda geriyə heç bir addımdan söhbət gedə bilməz. Azərbaycan bu dəfə öz ərazi bötüvlüyünü təmin edəcək. Ali Baş Komandanın bu yöndə verdiyi qərarı xalqımız alqışlayır. Hər kəs, kimliyindən, siyasi baxışından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Ordunun, Ali Baş Komandanın yanındadır.
-50 siyasi təşkilat da həmrəylik nümayiş etdirən bəyanat imzalayıb və o siyasi aprtiyalar arasında sizin rəhbərlik etdiyiniz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da var...
-Bəli. Belə bir bəyanatın imzalanması ölkədəki həmrəyliyin göstəricisidir. Hamı Ali Baş Komandanın ətrafında sıx birləşib. Biz də bu bəyanata imza atmışıq. BAXCP olaraq Dağlıq Qarabağ məsələsində işğal siyasəti ilə barışmırıq. Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün həyata keçirilən əməliyyatları dəstəkləyirik.
-Fransa Prezidenti Makronun qərəzli bəyanatı cəmiyyətdə birmənalı qarşılanmayıb. Sizcə indiki həssas məqamda Makron niyə belə addım atdı?
-Fransada erməni diasporası güclü inkişaf edib. Eyni zamanda Makron islamafobdur, müsəlmanlara və türklərə xüsusi bir nifrəti var. Dünənə kimi o maskalanırdı. İndi bu maska cırılıb. Paşinyanda bundan istifadə etməyə çalışır. O Fransanın Ermənistana kömək etməsi üçün çabalayır. Onun çabalamağı da xarakterindən qaynaqlanır. Ancaq Paşinyan heç nəyə nail olmayacaq.
-Müharibənin sonluğunu necə görürsünüz?
-Müharibədə tərəflərlə yanaşı böyük qüvvələr də mübarizə aparır. Qərarları da onlar verir. Bu gün böyük qüvvələr bu əməliyyatlara qarışmırsa sabah qarışa bilər. Hazırda böyük qüvvələr əməliyyatlara qarışmır. Azərbaycan tarixi şans əldə edib və düşünürəm ki, bu tarixi şansı əldən buraxmamalıdır. Prezident İlham Əliyev öz adını tarixə yazmalıdır. Eyni zamanda Azərbaycan xalqı yeni tarix yazmalıdır. Qürurlu, məğrur bir xalq kimi torpaqlarında öz suveren hüquqlarını bərqərar edən xalq kimi tarixə düşməliyik. Onu da qeyd edim ki, Ermənilərə kim dəstək verəcəksə Azərbaycanda adekvat addım atmalıdır. Həm Pakistana həm də Türkiyəyə yardım üçün müraciət etməlidir. Bu beynəlxalq hüquqda da təsbit olunub. BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir ki, hər bir dövlətin təkbaşına və ya kollektiv şəkildə müdafiə olunmaq hüququ var. Bizdə hazırda müdafiə olunuruq. Bunu əsas tutub yardım imkanından istifadə edə bilərik. Ermənistan isə heç bir dövlətə müraciət edə bilməz. Çünki, o təcəvüzkardır. Dünyada belə bir təcrübə var. Məsələn Suriya yardəm üçün Rusiyaya müraciət edib. Suriya hökumətinin dəvəti ilə Rusiya Suriyadadır. Rusiya hər zaman başqa dövlətlərə deyir ki, Suriya bizi dərmi dövlət kimi dəvət edib bəs sizi kim dəvət edib? Hesab etmirəm ki, Azərbaycanın bu hüquqdan istifadə etməsinə zərurət yaranacaq. Ancaq ehtiyac olarsa Azərbaycan tərəddüd etmədən bu hüquqdan istifadə etməlidir.
-BAXCP-nin beynəlxalq əməkdaşlıq etdiyi siyasi təşkilatlar var. Erməni təcavüzü ilə bağlı həmin təşkilatlara müraciətlər olunubmu?
-Biz artıq Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etmişik. Bildiyiniz kimi, 2015-ci ildə Tunisdə keçirilən payız sessiyasından biz o partiyanın tam hüquqlu üzvüyük. Bu təşkilatda ABŞ-da Respublikaçılar Partiyası, Yaponiya, və digər ölkələrin nüfuzlu partiyaları təmsil olunurlar. Biz tərəfdaşların hər birinə, eyni zamanda qrumun rəhbərliyinə rəsmi müraciət etmişik. Müraciətimizdə Azərbaycanın təcavüzə məruz qalması, günahsız insanların düşmən tərəfindən qətlə yetirilməsi, eyni zamanda 1 mln insanın öz doğma yurd-yuvasına qaytarılması məsələsi yer alıb.
Ədil Ədilzadə