Bidzina İvanişvili siyasətdən getdi

Gürcüstanda hakim partiyanın sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə siyasətçinin yayımladığı məktubda deyilir.

O, öz məktubunda siyasi missiyasının başa çatdığını bildirib.

Qeyd edək ki, B.İvanişvili 2012-ci ildə Gürcüstanın baş naziri seçilmişdi, bir il sonra isə vəzifədən istefa verərək, hakim partiya sədri qismində fəaliyyətini davam etdirirdi.