15 noyabr tarixində Abşeron rayonu 15 saylı körpələr-evi uşaq bağçasında "Məhsul Bayramı” münasibətilə tədbir keçirilib.
Tədbirdə 15 saylı körpələr-evi uşaq bağçasının müdiri Mətanət
Novruzova və bağçanın kollektivi iştirak ediblər. İlk öncə tədbiri açıq
elan edən 15 saylı körpələr-evi uşaq bağçasının müdiri Mətanət
Novruzova qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar
diləyib.M.Novruzova çıxışında məhsul bayramının ənənəvi olaraq 15 saylı
körpələr-evi uşaq bağçasında yüksək səviyyədə keçirildiyini diqqətə
çatdıraraq, qeyd edib ki, bolluq, gözəllik və rəngarəngliyi özündə
ehtiva edən payız fəslinin balaca fidanların obrazlarında canlanması
tədbirə daha gözəl rəng qatır.M.Novruzova onlara gələcək həyatlarında
uğurlar diləyib.
Daha sonra tədbir balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirilib.
Tədbirin sonunda məhsul bayramını sinvollarını əks etdirən tort kəsilib,xatirə şəkilləri çəkdirilib.
