15 noyabr 2016-cı il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi Peşə Tədris Mərkəzi ilə birgə "17 noyabr-Milli Dirçəliş Günü” nə həsr olunmuş seminar-müşavirə keçirdi.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq iştirakçıları salamladı, Milli Dirçəliş Günü haqqında geniş məlumatla çıxış etdi. 1988-90-cı illər Azərbaycanın başına gətirilən müsibətləri diqqətə çatdırdı.
Peşə Tədris Mərkəzinin psixoloqu Yusif müəllim də öz növbəsində Milli Dirçəliş gününün tarixi barədə geniş bəhs etdi. O dövrün gənclərindən olan Yusif müəllim Azərbaycanın keçdiyi çətin və keşməkeşli sınaqları dilə gətirdi.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri Şəhla Qafarova nəinki Milli Dirçəliş günü, eyni zamanda noyabr ayında geridə qoyduğumuz tarixi günləri: - "9 noyabr –Bayraq Günü” və "12 noyabr –Konstitusiya Günü” nü də geniş vurğuladı. Bu il müstəqilliyinin 25 illiyini qeyd etdiyimiz Azərbaycanın çoxsaylı şəhidlər verdiyini iştirakçıların diqqətinə çatdırdı. Gənclərimizə tariximizi daha dərindən öyrənməyi tövsiyyə etdi. O qeyd etdi ki, gənclərimizdə vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə inkişaf etmişdir.
Mövzu ətrafında müxtəlif fikirlər səsləndirildi, müzakirələr aparıldı. Müzakirələrdə bu günkü vətənpərvər ruhda böyüyən gənclərimizlə yanaşı müxtəlif dini cərəyanlara qoşulub həyatlarını qaraldan, mənfi təsirlərə məruz qalıb çarəsiz vəziyyətlərə düşən gənclərimizin taleyi barədə də müxtəlif fikirlər dinlənildi.
Bu günkü gəncliyimizin sağlam ruhda tərbiyə olunması, gənclərin tarixi həqiqətlərə diqqət göstərmələri Azərbaycan gəncliyinə ümidləri daha da artırdı