sabahinfo.az ANS PRESS-ə istinadən oxucularına dünyanın ən bahalı 10 pişiyini təqdim edir.
Rus mavi pişik.
Bu qısa tüklü pişik növünün ən populyar nümayəndələrindən biridir. O, Rusiyada 1893-cü ildən məşhurlaşmağa başlayıb. Pişiyin əsas fərqləndirici xüsusiyyətləri qısa mavi, gümüşü çalarlarda tüklərinin olmasıdır.
Bu növ pişiklər Kaliforniyada benqal pişik cinslərindən 1994-cü ildə əmələ gəlib. Adları yaşadıqları Tanzaniyadakı Serenqeto qoruğunun şərəfinə verilib. Serenqeti pişiyinin çəkisi 8-12 kq arasında dəyişir. Onlar möhkəm qədd-qamətə, böyük qulaqlara və uzun ayaqlara sahibdirlər.
Bu pişik cinsi 2006-cı ildə ABŞ-da yaradılıb. Amerika körl cinsi ilə Kanada sfinkslərinin seçmə növlərinin cütləşdirilməsindən qulaqları qatlanmış və keçəl pişik növü meydana gəldi. Elflər çox mehriban, ağıllı və dəcəldir.
Pələngi xatırladan bu pişik cinsi 1993-cü ildə ABŞ-da yaradılıb. Rəsmi tanınması isə 2007-ci ildə baş tutub. Onun çəkisi 7-10 kq təşkil edir. Toyqer sakit təbiətli, asan öyrədilən pişikdir.
Bu hibrid cins 1980-ci ildə ABŞ-da Asiya bəbiri ilə ev pişiyinin cütləşdirilməsi nəticəsində yaranıb. Onu digərlərindən fərqləndirən cəhət tük örtüyünün pələng dərisini xatırlatmasıdır. Onların ən böyüyünün çəkisi 4-8 kq təşkil edir. Bu pişiklər çox xeyirxah və zərifdirlər.
Keçmişdə bu pişik növləri əsasən kral ailələrində saxlanılırdı. Onlar uğur rəmzi hesab olunurdular. Kao-mani pişiklərini digərlərindən fərqləndirən xüsusiyyət ağappaq tükləri, bəzən sarı, bəzənsə mavi rəngə çalan göz rənginə malik olmasıdır.
Çauzi pişik növü ev pişiklərinin nadir növüdür. Bu pişiklər Efiopiya pişiyi ilə vəhşi Afrika pişiyinin cütləşdirilməsindən yaradılıb. Bu növün ilk nümayəndələri 1960-cı ildə ABŞ-da tanıdılıb.
Ən bahalı pişik cinsidir. Pişik Afrika servalı ilə ev pişiyinin cütləşməsindən yaradılıb. Bu cinsin əldə olunması üzərində işlərə 1980-ci ildə ABŞ-da başlanıb. İlk bu növ pişik 1986-cı ildə doğulub. Savanna pişiklərinin çəkisi 15 kq-dır. Boyları isə 60 sm-dır.









