ATV-də qəlyan biabırçılığı: Tüstünü ekrandan düz üzümüzə üfürürlər

"Siqaretə qarşı bütün dünyada şiddətli mübarizə getdiyi bir vaxtda  ATV-də "Qız atası" telebiabırçılığında hansısa debil qəhrəmanların biri iki qəlyanla kabinetində tele-məmurlarımızın kor gözünə tüstü üfürür”.

sabahinfo.az  xəbər verir ki, bunu tanınmış kultoroloq Aydın Xan Əbilov bildirib. A.Əbilov qeyd edib ki, ekrana uyuşdurucu və ziyanlı vasitəni gətirib uşaqlarımızın, yeniyetmə və gənclərin mənəviyyatını, psixologiyasını, sağlam həyat baxışlarını sözün çox mənasında zorlayanlara adamın deməyə sözü çatmır: "Onlara nə deyəsən? Ümumiyyətlə, Teleradio Şurasının tamam ağıllı məmurcuğazları hara baxır?

Bəs DİN, prokurorluq, hüquq-mühafizə orqanlarının nümayəndələri, başqa dövlət qurumları? Kimsə bizim sivil inkişafımız üçün sinəsini qabağa verəcək? Hələ serialdakı gizli - 25 kadrla şüurlara işləyən, milli mənəviyyatımızı dağıdan başqa şitləmələri demirəm”.