Meditasiya – stresslə mübarizənin ən effektli yoludur. Meditasiya həyat enerjisini artırır, diqqət və yaddaşı yaxşılaşdırır. Hər gün 10 dəqiqəlik meditasiya özünüzü daha güvənli, enerjili, sakit hiss etmənizə və işlərinizdə uğurlu olmanıza kömək edəcək.
İlk əvvəl sizi heç kimin narahat edə bilməyəcəyi sakit bir yer tapın. Stul, ya da yerdə istədiyiniz pozada oturun.
Beyninizdə dolaşan fikirlərdən uzaqlaşın və bütün diqqətinizi bədəninizə yönəldin.
Üz əzələləri gərgindirsə, onları dincəldin. Sonra qol, boyun, çiyin əzələlərinə keçid edin. Beləcə, ayaq barmaqlarınıza qədər davam edin. Fikriniz dağıldığında narahat olmayın. Düşüncələriniz dolaşmağa başladığında onları yenidən meditasiyaya yönəldin.
Nəfəs alıb verərək 10-a kimi sayın. Nəfəs alın -1, nəfəs verin -2. 10-a çatan kimi yenidən başlayın. Meditasiya bitən kimi uzanın.