"İnternetdə, sosial mediada saxta profillər və hesablar vasitəsilə edilən təhqir və böhtanın cinayət məsuliyyəti yaratması məsələsi gələn həftə Milli Məclisin plenar iclasında müzakirə olunacaq.
Artıq aşağı Komitələrdə müzakirələr tamamlanıb. Amma bu məsələnin tənzimlənməsində tələskənlik duyuram”.
sabahinfo.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz öz Facebook səhifəsində yazıb.
O.Gündüz təklif olunan variantların problemin həlli üçün yetərli olmadığını deyib:
"Əlbəttə problem var və bu problem bütün dünyada mövcuddur. Amma düşünürəm ki internetin arxitekturası, internetin və sosial medianın fəlsəfəsi baxımından təklif olunan varinatlar problemin həlli üçün yetərli deyil. Eyni zamanda əgər belə formada qanun qəbul olunacaqsa, onun icrasının daha ciddi problemlər yaradacağı qənaətindəyəm”.
Eskpertin sözlərinə görə, təklif olunan variantın icrasındakı problemlər Azərbaycan internetinin azadlığı üçün də müəyyən problemlər yarada bilər.
O, bildirib ki, problemin həlli üçün bütün maraqlı tərəflərin müzakirələrdə iştirak etməsi vacibdir:
"Mövcud qanunvericilikdə isə ümumiyyətlə internetdə təhqir və böhtanın cinayət məsuliyyəti yaratması ilə bağlı müddəlar var. Odur ki, mövcud mexanizmlərdən effektiv istifadə, həmçinin də maarifçilik, internetin faydalı tərəflərinin, biznes tərəflərinin gücləndirilməsi, internet medianın peşəkarlığının artırılması, indiki halda bəlkə də daha doğru varianlar ola bilərdi.
Bütün bunları nəzərə alaraq problemin həlli istiqamətində təkmil bir varaintın hazırlanması üçün bütün maraqlı tərəflərin iştirakı ilə müzakirələrin aparılması indiki halda daha məqbul ola bilərdi”.
Gələn həftə Azərbaycan İnternet Forumunun ekspertlərinin də Milli Məclisdə millət vəkilləri ilə görüşləri nəzərdə tutulub. Ümid edirik ki bu fikrə onları da inandıra biləcəyik”, - deyə İnternet Formunun Prezidenti qeyd edib.