Dekabrın
12-də rayonun Heydər Əliyev parkında müasir demokratik Azərbaycan dövlətinin
xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə
ümumrayon anım mərasimi keçirilib.
sabahinfo.az-a verilən məlumata görə Kürdəmir
Rayon İcra Hakimiyyəti
Başçısı Ceyhun
Cəfərov,
hüquq-mühafizə
orqanlarının
rəhbərləri,
idarə , müəssisə
və təşkilat
rəhbərləri,
veteranlar, rayonun
əmək kollektivlərinin
üzvləri, ictimaiyyət
nümayəndələri
və rayon sakinləri
Ümummilli Lider Heydər
Əliyevin abidəsi
önünə gül
dəstələri
düzüblər.
Tədbirdə iştirak edən minlərlə kürdəmirlilər Ulu Öndərin abidəsi önünə
gül-çiçək dəstələri düzməklə ona olan məhəbbətlərini və ehtiramlarını bir daha
nümayiş etdirdilər.
Ulu Öndərin xatirəsini yad etmək üçün gələn hər kəsin dilində bir fikir
səslənir-Nə qədər ki, Müstəqil Azərbaycan Dövləti var, Azərbaycan Xalqı var,
Heydər Əliyev ürəklərdə yaşayacaq.
Həmin gün şəhərin "Elşad” sarayında Ümummilli Liderimizin xatirəsinə ehsan
verilmişdir.