Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü
məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən
cari ildən Kürdəmirdə bu sahəyə diqqət və maraq ciddi surətdə artıb. Təbii ki, baramaçılığın inkişafı möhkəm yem bazasından
asılıdır və hazırda rayonda yeni tut bağları salınır, köhnə bağlar isə bərpa
olunur.
Ümumilikdə bu il rayon ərazisində 46 min
ədəd tut tingi əkilməsi nəzərdə tutulub. Hazırda əkin işləri sürətlə davam
etdirilir. Tinglərin 5 min ədədi
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən dövlət meşə fonduna aid
torpaqlarında, 21 min ədədi kümçülərin özlərinə məxsus pay torpaqlarında, 20
min ədədi isə Dövlət Fondu torpaqlarında əkilir. Bugünədək 11 min 500 ədəd ting
əkilib.

