Tənha Qadın..

Tənha Qadın..

Böyük şəhər, tənha qadın.
Hami sənə qibtə edər,
Səni güclü, xoşbəxt bilər.
Kimsə bilməz nə çəkirsən,
Nə yeyirsən, nə içirsən.
Gözlər sənə dikilər,
Sözlər sənə deyilər,
Həyatın haqsızlığı
Yalnız sənə edilər.
Danışarlar bilmədən,
Yozarlar eşitmədən,
Qınayarlar, sayarlar
Sənin addımlarını.
Kimsə bilməz içini,
Kədərini,dərdini,
Qadını tənha qoyan,
Sənin səbəblərini.
Böyük şəhər, tənha qadın
Namus,qeyrətdir adın.
Dik dur, başın ucalsın
Hörmətlidir adın sanın.
Sən qadınsan, anasan
Cənnətdir sənin adın.
Səni bu gùnə qoyan
Hisslərinlə oynayan,
Şərəfi, ləyaqəti,hissiyyatı olmayan,
O şərəfsiz utansın!