İyun ayının 14-də rayonun 34 tam, 10
ümumi orta məktəbində "Son zəng” çalındı. Bu
il rayon üzrə 673 nəfər şagird XI sinfi, 795 nəfər şagird isə IX sinifi
bitirir.
Məktəblərdə təşkil olunan "Son zəng” tədbirlərinə rayon icra
hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldırlar. Bütün
umumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin
səsləndirilməsi ilə başlandı.
Sonra
məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin,
məzunların çıxışları bir-birini əvəz etdi.
Şəhər 1,
2, 5, 6 saylı və Seydimli kənd tam orta məktəblərinin məzunlarının "Son
zəng”ində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov
onları təbrik edərək, gənclərə tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın
gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu vurğuladı. Məzunlara
dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla
addımlamağı tövsiyyə etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu
sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə
çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli
zəmin yaratdığına toxunan rayon rəhbəri bir sözlə millətin gələcəyi olan
təhsilin tərəqqisinin cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahə olduğunu
vurğuladı. Sonda məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz
bilik və bacarıqları ilə möhtərəm Prezidentimizin rəhbərliyi ilə günbəgün
tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli
vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı.
Çalınan
"Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi və tədbir
iştirakçılarına xoş anlar yaşatdı.