Gənclər Samur-Yalama Milli Parkında ekoloji biliklərini artırıblar  

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc və Yeniyetmələrə Psixo-Sosialoji Kömək” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Milli Parklarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Samur-Yalama Milli Parkına infotur keçirilib.İnfoturun məqsədi gənclərin Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi haqqında biliklərini artırmaq, milli parkların ətraf mühitin qorunmasındakı rolunu izah etmək və iştirakçılar arasında ekoloji məsuliyyət hissini gücləndirmək olub.Tədbir zamanı iştirakçılara Samur-Yalama Milli Parkının təbii xüsusiyyətləri, ekosistemin qorunmasının əhəmiyyəti və biomüxtəlifliyin mühafizəsi ilə bağlı məlumatlar təqdim olunub. Gənclər milli parkın təbiəti ilə yaxından tanış olmaq imkanı əldə edib, ətraf mühitin qorunması ilə bağlı praktiki müşahidələr aparıblar.Layihənin əsas istiqamətlərindən biri gənclərin əldə etdikləri ekoloji bilikləri öz sosial çevrələrində və icmalarında yaymasına şərait yaratmaqdır. Bu məqsədlə infoturlar maarifləndirici məlumatların birbaşa təbiət ərazilərində təqdim olunması formatında təşkil edilib.“Milli Parklarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində müxtəlif regionlardan olan gənclərin ekoloji maarifləndirilməsi və onların təbiətin qorunmasına dair təşəbbüslərdə iştirakının təşviqi nəzərdə tutulub.