Gənclərin məşğulluğunda peşə və praktiki bacarıqların rolu artırılmalıdır  

Son illərdə əmək bazarında baş verən dəyişikliklər gənclərin yalnız diplom əldə etməsinin deyil, konkret peşə və praktiki bacarıqlara yiyələnməsinin də əhəmiyyətini artırır. Xüsusilə rəqəmsallaşma və yeni texnologiyaların əmək münasibətlərinə təsiri gənclərdən daim yeni biliklər əldə etməyi tələb edir. Bu baxımdan gənclərin əmək bazarının real tələblərinə uyğun hazırlanması, onların peşə seçiminə dair düzgün istiqamətləndirilməsi və regionlarda yaşayan gənclərin də bu imkanlardan faydalanması vacibdir.

Təşkilat olaraq hesab edirik ki, gənclərlə aparılan maarifləndirmə işləri yalnız ümumi təlimlərlə məhdudlaşmamalı, əmək bazarının konkret ehtiyaclarına uyğun praktiki istiqamətlər də əhatə etməlidir. Peşə təhsili, rəqəmsal bacarıqlar, sahibkarlıq, xarici dil və kommunikasiya bacarıqları gənclərin gələcək karyerası üçün mühüm vasitələrdir. Xüsusilə region gənclərinin Bakı ilə müqayisədə imkanlara çıxışında yaranan fərqlərin azaldılması üçün yerli səviyyədə təlim və karyera proqramlarının genişləndirilməsinə ehtiyac var.

İsmayıl Sərvərli

“Gəncvə Yeniyetmələrə Psixo-Sosioloji Kömək ” Xeyriyyə fondunun prezidenti