Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc və Yeniyetmələrə Psixo-Sosialoji Kömək” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Milli Parklarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Hirkan Milli Parkına infotur təşkil olunub.Tədbirin əsas məqsədi gəncləri Hirkan Milli Parkının təbii xüsusiyyətləri və biomüxtəlifliyi ilə tanış etmək, milli parkların qorunmasının əhəmiyyətini izah etmək və iştirakçılar arasında ekoloji məsuliyyət hissini gücləndirmək olub.Tədbir zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin müdiri Elnur İbrahimov milli parkların Azərbaycanın təbiət sərvəti olduğunu vurğulayıb. O, belə infoturların gənclərin vəhşi təbiətin qorunması və ətraf mühitin mühafizəsi sahəsində biliklərinin artırılmasına imkan yaratdığını bildirib.Xüsusi mühafiz ə olunan ərazilərin inkişafı şöbəsinin məsləhətçisi Aytac Xələfli isə çıxışında Hirkan Milli Parkının xüsusiyyətlərindən bəhs edib.Layihə rəhbəri və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxışında ekoloji maarifləndirmənin əhəmiyyətinə toxunaraq gənclərin ətraf mühitlə bağlı biliklərinin artırılmasının onların gələcəkdə sağlam və ekoloji düşüncəyə malik vətəndaş kimi formalaşmasına mühüm töhfə verdiyini bildirib.Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev də tədbirdə çıxış edərək gənclərin ekoloji maarifləndirilməsinin və təbiətə qayğıkeş münasibətin formalaşdırılmasının gələcək nəsillər baxımından vacib olduğunu qeyd edib.İnfotur çərçivəsində gənclər milli parkın təbii mühiti ilə tanış olub və Azərbaycanın biomüxtəlifliyinin qorunması ilə bağlı məlumatlar əldə ediblər.