II qrup üçün “DiplomaSkills” layihəsinin ilk görüşü keçirilib

11 noyabrda Gənclərin diplomatiya və beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş “DiplomaSkills” layihəsi çərçivəsində II qrup üçün ilk görüş təşkil olunub. Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən görüşdə 25 nəfər iştirak edib. Təlim proqramında gənclərin beynəlxalq münasibətlər, diplomatik fəaliyyət, effektiv ünsiyyət və liderlik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mövzulara diqqət yetirilib. Təlimin interaktiv formada təşkili iştirakçıların mövzular üzrə fikir mübadiləsi aparmasına və praktiki tapşırıqlar üzərində işləməsinə imkan yaradıb. İştirakçılar diplomatik situasiyaların təhlili və onların həlli ilə bağlı müxtəlif yanaşmaları müzakirə ediblər.Layihənin təlim metodologiyasında nəzəri biliklərin praktiki fəaliyyətlə birləşdirilməsinə xüsusi əhəmiyyət verilib. Hesabatda qeyd olunduğu kimi, simulyasiya oyunları və praktiki tapşırıqlar gənclərin real diplomatik situasiyaları təhlil etməsi və həll yolları təklif etməsi üçün imkan yaradıb. Görüş iştirakçıların diplomatiya sahəsinə marağınınartırılması, liderlik və analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcək karyera istiqamətlərinin formalaşdırılmasına dəstək məqsədi daşıyıb.