İltizam Yusifov icra başçısı ilə Şirvan sakinlərinin dinlədi

Şirvan şəhərinin millət vəkili İltizam Yusifov şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Bayramlı qəsəbəsində sakinlərlə görüşüb.

Görüşdə Şirvan Bələdiyyəsinin sədri, Bayramlı qəsəbə icra nümayəndəsi və digər xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Qəsəbə sakinlərinin narahat edən problemlər, irəli sürdükləri təkliflər dinlənilib. Sakinlər qəsəbədaxili yolların təmiri və işıqlandırılması, keçən əsrin 60-cı illərində tikilmiş barak evlərin yaşayış üçün yararsız olması və yeni mənzillərin tikilməsi, məşğulluq, telefon və internet xətlərinin çəkilməsi, sakinlərin və uşaqların istirahəti üçün kiçik park salınması, avtobus dayanacaqlarının quraşdırılması, qəsəbə daxili ictimai nəqliyyat vasitələrinin iri tutumlu avtobuslarla əvəz edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.