İrəvanda qan töküldü

Ermənistan paytaxtı İrəvanda silahlı insident baş verib. Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin Nubaraşen rayonunda avtomatla silahlanmış naməlum şəxslər "Nubaraşen" həbsxanasına hücum çəkiblər. Atışma nəticəsində 3 nəfərin öldürüldüyü bildirilir. Onlardan biri hadisə yerində, ikisi isə xəstəxanada keçinib. İrəvan polisi hadisə yerinə gəlib. Hazırda insidentin baş vermə səbəbləri araşdırılır.