23 noyabrda “Green Genius Academy” layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlim keçirilib. Təlimin əsas mövzularını yaşıl iqtisadiyyat, ekoloji innovasiyalar və dayanıqlı inkişaf təşkil edib.
Təlim zamanı iştirakçılara yaşıl iqtisadiyyatın mahiyyəti, iqtisadi
inkişafla ətraf mühitin qorunması arasında əlaqə və ekoloji yanaşmaların müxtəlif
sahələrdə tətbiqi imkanları izah olunub.
Sessiya çərçivəsində təbii resurslardan səmərəli istifadə,
tullantıların idarə olunması, təkrar emal və ətraf mühitə mənfi təsirin
azaldılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar həmçinin gənclərin yerli səviyyədə ekoloji təşəbbüslər irəli
sürməsi, cəmiyyətin maarifləndirilməsinə töhfə verməsi və yaşıl gələcəyin
formalaşdırılmasında fəal iştirakının əhəmiyyətini müzakirə ediblər.
Təlim iştirakçıların ekoloji dünyagörüşünün genişləndirilməsinə, yaşıl
iqtisadiyyat barədə məlumatlılığının artırılmasına və onların dayanıqlı inkişaf
istiqamətində təşəbbüslərə cəlb olunmasına xidmət edib.