Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Ağdamda baş tutmalı olan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Sabahinfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, noyabrın 27-də Ağdam rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.