Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc və Yeniyetmələrə Psixo-Sosialoji Kömək” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Milli Parklarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olunub.İnfoturun əsas məqsədi gənclərin milli parkların əhəmiyyəti, biomüxtəlifliyin qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı biliklərini artırmaq olub. Tədbir zamanı iştirakçılara Şirvan Milli Parkının təbii xüsusiyyətləri və ekosistemin qorunmasında milli parkların rolu barədə məlumat verilib.İştirakçılar infotur zamanı milli parkın təbii mühiti ilə yaxından tanış olub, biomüxtəlifliyin qorunması, təbii sərvətlərə məsuliyyətli münasibət və ekoloji tarazlığın saxlanılması ilə bağlı maarifləndirici məlumatlar əldə ediblər.Tədbirin əsas istiqamətlərindən biri gənclərin ekoloji məsələlərə marağının artırılması və onların təbiətin qorunması prosesində fəal iştirakının təşviq edilməsi olub. İştirakçılara əldə etdikləri bilikləri öz sosial çevrələrində paylaşmaları və ekoloji maarifləndirməyə töhfə vermələri tövsiyə olunub.Qeyd edək ki, layihə çərçivəsində Abşeron, Samur-Yalama, Hirkan və Şirvan milli parklarına ümumilikdə 4 infotur təşkil olunub. Layihəyə 15–25 yaş aralığında gənclər cəlb edilib və ümumilikdə 100 nəfər iştirakçı layihə fəaliyyətlərində iştirak edib.Layihə gənclərin ekoloji məlumatlılığının artırılması və Azərbaycanın təbii irsinin qorunması ilə bağlı ictimai maarifləndirməyə töhfə vermək məqsədi daşıyıb.