Quba rayonunda intensiv bağçılıqla məşğul olan sahibkar Novruz Şirinovla görüşdük. Görülən işlər, qarşıda duran perspektivlər və kənd təsərrüfatının inkişafı barədə fikir mübadiləsi apardıq.
Quba rayonu Azərbaycanın dilbər guşələrindən biri olmaqla yanaşı, kənd təsərrüfatının, xüsusilə bitkiçilik və bağçılıq sahələrinin inkişaf etdiyi bölgələrdən biridir. Azərbaycanın qeyri-neft sektorunda, xüsusən də bu sahələr mühüm əhəmiyyətə malikdir.
İş adamı və sahibkar kimi Novruz müəllimin fikir və düşüncələrini, təkliflərini dinlədik. Bu istiqamətdə aidiyyəti qurumlar qarşısında müvafiq məsələlərin qaldırılması, bölgəmizin daha da çiçəklənməsi, kənd təsərrüfatının müxtəlif sahələrində inkişafın sürətləndirilməsi və yeniliklərin tətbiqi istiqamətində fikir mübadiləsi apardıq.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı