Rafael Qrossi Zaporojyedə Zelenski ilə görüşdü - YENİLƏNİB

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Zaporojyedə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rafael Qrossi "Twitter" hesabında məlumat verib.

"Bu gün Zaporojye şəhərində Prezident Zelenski ilə görüşdüm və Zaporojye AES-in və onun əməkdaşlarının mühafizəsi ilə bağlı ətraflı fikir mübadiləsi apardım", - Qrossi qeyd edib. 

***17:10

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Zaporojyedəki ön mövqelərinə baş çəkib və əsgərlərə dövlət mükafatlarını təqdim edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook” səhifəsində məlumat yayıb.