Rusiya Qarabağ və Donbasda eyni siyasəti yürüdür

“Müşahidə olunan danışıqların dondurulması amili vaxtı ilə bizim müharibədə də var idi”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu sözləri Ukrayna ilə Rusiya arasında ola münaqişənin gedişatını Modern.az-a şərh edərkən deyib. F.Şəfiyev Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişə bölgəsində atəşkəs çağırışını da şərh edib. Ekspertin fikrincə, danışıqların dondurulmasını Rusiyanın strategiyası olduğunu qeyd edib:

“Mən Ukraynanın Donbas problemini hərbi yolla həll etmək istədiyinə inanmıram. Düşünür ki, Rusiyanın bilavasitə qoşunları Ukraynanın ərazisindədir. İnanmıram ki, Ukrayna Rusiya ilə münaqişəyə və ya hər hansısa hücuma başlamaq istəsin. 

 

Biz ümumiyyətlə, necə illər baş verən proseslərə nəzər salsaq, görərik ki, danışıqlar dondurulub və irəliləyiş yoxdur. Müşahidə olunan amil bizim münaqişədə də vaxtı ilə var idi. Bu Rusiyanın strategiyasıdır. Hər bir münaqişəyə nəzər salsaq, Moldovada, Gürcüstanda və Ukraynada məsələ müəyyən bir mərhələyə çatır və Rusiya danışıqları dondurur. 

Bu halı biz öz ərazimizdə də müəyyən dərəcədə müşahidə edirik. Problemi dondurmaq və bu problem vasitəsi ilə ölkələrə nəzarət etmək”.