Bu gün Nərimanov rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında növbəti vətəndaş qəbulu keçirdik.
Vətəndaşları fərdi qaydada dinləyərək qaldırılan problemlərlə bağlı müvafiq hüquqi izahatlar verdim.
Müraciətlər əsasən işsizlik, sosial təminat, tibbi və digər mövzularla bağlı oldu.
Qaldırılan məsələlərin bir qismi qəbul zamanı həllini tapıb. Əlavə araşdırma tələb edən müraciətlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.
Samir Vəliyev
Milli Məclisin deputatı