Sabahinfo.az – ın məlumatına
görə, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir
yağıntılı olacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı
enəcək.
Xatırladaq ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış
yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın
temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən gecə və
axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın
temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə
şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz
7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.